"Unibank" kartlarında problem: Pul silinir, ödəniş gerçəkləşmir
"Unibank" ASC-nin müştəriləri tərəfindən bankla bağlı narazılıqlar və şikayətlər davam edir.
Qafqazpress.az-ın MediaPost-a istinadən məlumatına görə, şikayət banka məxsus plastik kartların balansından vəsaitlərin silinməsi ilə bağlıdır. Bank müştərilərinin sözlərinə görə, bəzi hallarda kartın balansında olan məbləğ mənfi olaraq göstərilir. Bir digər hallarda isə kartla ödəniş edildikdə məbləğ hesabdan çıxsa da, ödəniş gerçəkləşmir və qarşı tərəfin hesabına yatmır.
Qeyd edək ki, "Unibank" kartları ilə bağlı oxşar problemə artıq uzun müddətdir ki, rast gəlinir.
Daha əvvəl də "Unibank" müştərilərinin kartlarından vəsaitlər silinmiş, bu da müştərilər arasında ciddi narahatlıq yaratmışdı. Məsələ ictimailəşdikdən sonra isə problem həllini tapmışdı.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR