Gəncədə 200 abunəçinin qaz təchizatı dayandırıldı
Gəncə şəhərinə düşmənin atdığı raket zərbəsi nəticəsində oktyabrın 11-də, saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində qaz təchizatı dayandırılıb.
Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qərargahından bildirilib.
Məlumata görə, nəticədə 200 abunəçinin qaz təchizatı məhdudlaşdırılıb. Bunlardan 30-nun yaşayış ünvanı artıq yoxdur. 170 abunəçisinin isə qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR