» » Deputat: "Təcili olaraq Tarif Şurasını ləğv etməliyik"

Deputat: "Təcili olaraq Tarif Şurasını ləğv etməliyik"

Müəllif: Səma Zərdablı
//
Tarix: 01 fevral 2021
//
Bölmə: İqtisadiyyat
Deputat: "Təcili olaraq Tarif Şurasını ləğv etməliyik"


“Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var”.
Qafqazpress.az “report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik.
Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi ”, - deputat bildirib.
banner125x125 banner125x125