Paşinyanı Şuşa ilə bağlı hansı sual QƏZƏBLƏNDİRDİ? - ''Harada demişəm,sübut edin''
''Şəxsən kağıza yazıb əsaslandırın, sitat gətirin, bunu mən dedim. Ondan sonra sizin sualına canlı cavab verəcəyəm''.
Qafqazpress.az--ın məlumatına görə bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan 28 yanvarda ''Yerablur'' hərbi panteonunda jurnalistlərə Şuşanın mənsubiyyəti ilə bağlı qalmaqallı açıqlaması ilə bağlı suala cavab verərəkən bildirib.Jurnalist Paşinyana belə sual ünvanlayıb:
"Şuşa uğrunda vuruşanlar da burada dəfn olunur və siz dediniz ki, Şuşi Azərbaycan şəhəridir".
Bu suala Nikol Paşinyan belə cavab verib:
“Sən dedinmi ki, mən Şuşanın Azərbaycan şəhəri olduğunu demişəm? İndi mən sual verirəm bunu mən nə vaxt demişəm?
Şəxsən kağıza yazıb əsaslandırın, sitat gətirin, bunu mən dedim. Ondan sonra sizin sualına canlı cavab verəcəyəm".
Xatırladaq ki, 20 yanvarda parlamentdəki çıxış edən Paşinyan Şuşanın ermənilərin olub-olmadığını düşünürdü, çünki münaqişə başlamazdan əvvəl
Şuşanın əhalisinin 90% -i azərbaycanlı idi.
Metbuat.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR