» » Nabranda istirahət ucuzlaşacaq? -

Nabranda istirahət ucuzlaşacaq? -

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 may 2014
//
Bölmə: İqtisadiyyat
Nabranda istirahət ucuzlaşacaq? -


Nabrandakı istirahət mərkəzlərinin sahibləri daha çox turist cəlb etmək üçün bir sıra yeniliklər tətbiq edəcəklər.

Milli.Az RTV-yə istinadən bildirir ki, bəzi sahibkarlar turist sayını artırmaq üçün qiymətləri endirmək niyyətindədirlər. Bəziləri isə əvvəlki qiymətləri saxlamaqla xidmətlərin səviyyəsini və növünü artırmaq fikrindədirlər. Nabranda fəaliyyət göstərən 100-dən çox turizm mərkəzinin əksəriyyətində artıq mövsümə hazırlıq işləri sona çatıb. Tikilməkdə olan istirahət mərkəzi və otellərdə də artıq son tamamlama işləri aparılır.

Hazırda Nabranda il boyu fəaliyyət göstərən bütün istirahət mərkəzlərində xidmətlər qış mövsümünə uyğun qiymətlərlə təklif olunur. İyun ayının 1-dən sonra bu qiymətlər nisbətən yüksələcək.

Nabranda dincəlməyə gələnlər bildirirlər ki, 10 günlük istirahət üçün təqribən 600 manat arasında vəsait lazımdır. Bu qiymət isə Türkiyənin dəbdəbəli istirahət zonalarındakı qiymətlərlə eynidir. Müvafiq dövlət orqanları da xidmət səviyyəsinin yüksək, qiymətlərin isə aşağı olması üçün əlavə tədbirlər həyata keçirir.


QafqazPRESS.az
banner125x125 banner125x125