Nabrandakı tanınmış istirahət mərkəzində iyrənclik
Azərbaycanda tanınmış istirahət mərkəzindən narazılıq var. Oxucular Milli.Az-a yazır ki, Nabran qəsəbəsindəki “Məkan” istirahət mərkəzində anti-sanitariya hökm sürür:
“Adam orada qalmağa iyrənir. Çörək qabının içərisi çirklidir, stola meyvə-tərəvəz palçıqlı gətirilir”.
Xaçmaz Rayon Turizm Şöbəsiin müdiri Nazim Ağayev Milli.Az-a bildirdi ki, bütün istirahət mərkəzlərində hər il monitorinq keçirilir. Turizm Nazirliyi tərəfindən keçirilən monitorinqlərdə istirahət mərkəzlərində aşkarlanan nöqsanlar aradan qaldırılır.
Şöbə müdirinin sözlərinə görə, “Məkan” istirahət mərkəzi ilə bağlı məsələ araşdırılacaq.
Məsələ ilə əlaqədar istirahət mərkəzinin direktoru Dostməd Seyidov Milli.Az-a açıqlamasında bildirdi ki, mərkəzdə natəmizliyin olması ilə bağlı edilən şikayət və çəkilən fotoları ona pislik etmək istəyənlər edib. Direktorun sözlərinə görə, bütün gün mərkəzdə olur və belə problemlərin olması mükün deyil: "Kim çəkib o şəkilləri? Hər gün 60 turist obyektimdə olur. Gəlib onlardan soruşa bilərsiniz vəziyyət barədə. Bütün müştərilər yeməkdən razı gedirlər".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR