» » Deputatlarımız harada dincəlir?

Deputatlarımız harada dincəlir?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
Deputatlarımız harada dincəlir?




İsti yay günlərində insanlar macal tapan kimi uzun müddətli iş həftələrindən uzaqlaşıb, istirahətə can atırlar. Seçim ya ölkədaxili, ya da ki, xarici məkanlar olur.

Adətən maddi cəhətdən imkanı olanlar bürkülü, küləkli Bakıdan uzaqlaşıb istirahətə üz tuturlar. Nisbətən kasıb təbəqə ya dənizə gedir, ya da hansısa kənddə bir neçə günlük dincəlməyə.

Maraqlıdır, iyunun 27-dən tətilə çıxan millət vəkilləri yay tətilini necə və harada keçirirlər?

AzVision.az bu məqsədlə bir neçə millət vəkili arasında sorğu keçirib.

Millət vəkili İqbal Ağazadə heç bir yerdə istirahət etməyəcək:
“Bakıdayam, hazırda işləyirəm, istirahət etməyəcəm”.

Deputat İlyas İsmayılov istirahətini bağda edir. Onun fikrincə, bağı istirahət üçün Bodrumdan da, Avropadan da gözəl məkandır.

“Bakıda bağda istirahət edəcəm. Bağım mənim üçün ən gözəl istirahət yeridir”.

Millət vəkili Fazil Mustafa da bağda dincəlməyə üstünlük verir.

“Çox güman ki, Bakıda bağda istirahət edəcəm. Bakıda olanda arada dənizə gedirəm. Naxçıvana da ola bilsin, gedim. Hava istidir, Ramazan ayıdır, isti ilə bağlı oruc tutmaqda çətinlik yaranır”.

Milli Məclisin digər üzvü Zahid Oruc hələ də tətilə çıxmayıb. O, işlərini başa vurandan sonra xaricə getmək istəyir.

“İndi Milli Məclisin binasındayam. Gürcüstan nümayəndə heyəti gəlib, onları qarşılayacağıq. Amma istirahəti planlaşdırıram. Ola bilsin ki, xaricə gedim”.

YAP-çı deputat Siyavuş Novruzov istirahət etməyəcək.

“Bakıdayam, işləyirik. İstirahət etməyəcəm. Bildiyiniz kimi, bu il bələdiyyə seçkiləridir. YAP bir neçə proqramın üzərində işləyir, ona görə də istirahət olmayacaq”.

Aqil Abbas isə istirahətinin harada keçirəcəyinin puldan asılı olduğunu deyib: “ Pulum olsa xaricə gedəcəm, olmasa da rayonların birində dincələcəm. İstirahət üçün Türkiyəni xoşlayıram. Belə də Lerik, Quba, Yardımlı, İsmayıllıda 3-4 gün qalıb gəlirəm”.

Musa Quliyev də isti yay fəslində istirahət etməyəcəyini deyir: “Məzuniyyətdəyik. Bakıda olacam. Xaricə getmək fikrim yoxdur”.




QafqazPRESS.az
banner125x125 banner125x125