» » "Günəşli" yatağında özüllərarası sualtı kabel xətti təmir edilib

"Günəşli" yatağında özüllərarası sualtı kabel xətti təmir edilib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 may 2014
//
Bölmə: İqtisadiyyat
"Günəşli" yatağında özüllərarası sualtı kabel xətti təmir edilib




"Günəşli" yatağındakı 2 saylı Dərin Dəniz Özülündən 5 saylı Dərin Dəniz Özülünə gedən və bu özülü elektrik enerjisi ilə qidalandıran sualtı kabel xətti təmir edilib.

Milli.Az bildirir ki, ARDNŞ-dən Trend-ə verilən məlumata görə, dənizin 120 metr dərinliyində zədələnmiş 2200 metr uzunluğunda 6 kV-luq sualtı kabel xətti "28 May" NQÇİ, "Neftqaztikinti" Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsi, eləcə də Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi tərəfindən təmir olunaraq istismara verilib.

"Günəşli" yatağındakı 5 saylı Dərin Dəniz Özülündən sutka ərzində 195 ton neft, 354000 kubmetr qaz hasil olunur.



QafqazPRESS.az
banner125x125 banner125x125