» » 10 min iş yeri açılır

10 min iş yeri açılır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 may 2014
//
Bölmə: İqtisadiyyat
10 min iş yeri açılır



"Şahdəniz-2" layihəsi çərçivəsində sualtı tikinti işlərinin həyata keçirilməsi üçün yeni, çoxprofilli unikal gəmi inşa ediləcək".

Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub.

R.Abdullayev bildirib ki, həmin gəminin Bakıda ötən il istifadəyə verilmiş yeni Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır.

ARDNŞ prezidentinin sözlərinə görə, “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən biri də odur ki, layihə üzrə tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaq. Platforma və sualtı qurğuların inşası üçün Bakıdakı tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanı təkmilləşdiriləcək.

R.Abdullayev bildirib ki, ən mühüm məsələ isə ondan ibarətdir ki, “Şahdəniz-2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq.



QafqazPRESS.az
banner125x125 banner125x125