Azərbaycan bazarında "erməni buzovu" satılır?
Son zamanlar Azərbaycanda mal-qara bazarlarına Ermənistanda bəslənən ev heyvanlarının gətirilməsi haqda fikirlər səslənir. İddialara görə, ermənilər ətlik heyvanları Gürcüstan bazarlarına çıxarır, oradan alınan satlıq iribuynuzlular dolayısı ilə Azərbaycan bazarlarına daşınır.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, respublikada ən böyük mal-qara bazarı olan Bərdə mal bazarında ara-sıra "erməni buzovu" kimi tanıtım çağırışlarına rast gəlinib. Bu hətta müəyyən zaman kəsiyində daha geniş vüsət alıb. Amma kütləvi informasiya vasitələrində mövzuya toxunulduqdan sonra müştərilərə yönələn bu cür çağırışlar sıfır həddə düşüb. Bəs həqiqət necədir? Doğrudanmı Azərbaycana Gürcüstan üzərindən erməni malları keçirilir? Heyvan ticarətiylə məşğul olan gürcüstanlı soydaşımız deyir ki, onlar ümumiyyətlə ermənilərlə ticarət etmirlər.
Satıcıların sözlərinə görə, onların sərhəddən keçirdiyi bütün heyvanlara ciddi nəzarət olunur. İstər Gürcüstan, istər Azərbaycan sərhəd keçid məntəqələrində bütün heyvanlar baytar nəzarətindən və müayinədən keçirilir. Bərdə mal bazarının rəhbərliyi kimi, rayon baytarlıq idarəsinin də məsələyə münasibətini öyrənmək cəhdimiz baş tutmadı...
Amma nə qədər qəribə olsa da, çox yaxın keçmişdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Bərdədə tək bircə sahibkarın həyətində 12 ton yararsız ət aşkarlamışdılar... Görünür, bu sahəyə nəzarətin artırılmasına ciddi ehtiyac var. Atalar yaxşı deyib, "od olmasa, tüstü çıxmaz".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR