Bu il tərəvəzsiz qalacağıq?
İsti hava şəraiti kənd təsərrüfatı bitkilərinə necə təsir göstərib?
Milli.Az EL TV-yə istinadən bildirir ki, may ayında temperaturun 34-36 dərəcəyədək yüksəlməsi tərəvəzçilik üçün əlverişli hesab olunmur.
Mütəxəssis Füzuli Yusibovun fikrincə, belə hava şəraiti istixanalarda bitkilərin mayalanma prosesini pozur, məhsuldarlığı aşağı salır: "İsti hava şəraitinin tərəvəzçiliyə mənfi təsiri var. Örtük altında yetişdirilən bitkilərin örtüyü götürüldükdə, düzgün aqrotexniki qulluq edilmədikdə, həmin bitkilərin günəş şüaları tərəfindən zədələnməsinə və məhsuldarlığın azalmasına səbəb olur”.
Havaların isti keçməsi suvarılması mümkün olan taxıl sahələrindən isə bol məhsul əldə edilməsinə şərait yaradır. Füzuli Yusibov bildirir ki, indiki vaxtda taxıl sahələri suvarılsa, sünbüllər daha yaxşı dən tutar. İsti hava yemçilik sahəsində də yüksək məhsuldarlığın əldə edilməsinə kömək göstərir. Yem bitkilərinin yetişdirilməsi sürətlənir, məhsulun yığılması üçün optimal şərait yaranır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR