» » ADA Universiteti Mərkəzi Bankın əməkdaşları üçün təlim proqramını başa vurub

ADA Universiteti Mərkəzi Bankın əməkdaşları üçün təlim proqramını başa vurub

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 may 2014
//
Bölmə: İqtisadiyyat
ADA Universiteti Mərkəzi Bankın əməkdaşları üçün təlim proqramını başa vurub



Bu gün ADA Universitetinin İxtisasartırma Proqramları Azərbaycan Respublikası Mərkəzi Bankının iyirmi iki əməkdaşı üçün Menecmentin İnkişafı adlı üç aylıq təlim proqramını başa vurub.

ADA Universiteti Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, dörd moduldan ibarət olan təlim proqramı özünüidarə bacarıqları və effektivlik, komandanın idarə edilməsi, menecment və administrativ bacarıqların inkişafı və liderlik bacarıqlarının inkişafı kimi mövzuları əhatə edirdi.

Təlimçilər arasında ADA Universitetinin prorektoru Emin Hüseynov, ADA Fondu Azərbaycanın Prezidenti Natiq Hacıyev, İxtisasartırma Proqramının direktoru Aygün Hacıyeva, ADA Universiteti Karyera İdarəetmə Mərkəzinin məsləhətçisi Maykl Makkenzi, ADA-nın əməkdaşı Şəmsiyyə Mustafayeva və Malta Xarici İşlər Nazirliyindən Olaf Terribile olub.

Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


QafqazPRESS.az
banner125x125 banner125x125