» » Paytaxtda mənzillər ucuzlaşdı

Paytaxtda mənzillər ucuzlaşdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 iyun 2014
//
Bölmə: İqtisadiyyat
Paytaxtda mənzillər ucuzlaşdı



Son iki il ərzində ilk dəfə mənzillərin qiymətlərində azalma müşahidə olunub. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə İqtisadi və sosial inkişaf mərkəzinin hesabatında qeyd olunub.

Aprel ayı ilə müqayisədə may ayında mənzillərin qiymətlərində 3,5% azalma olub. Bununla belə, may ayında ötən ilin anoloji dövrü ilə müqayisədə qiymətlər 6% artıq olub. Bu barədə "Exo" qəzetinə mərkəzin direktoru Vüqar Bayramov məlumat verib.

Ekspertlərin hesablamalarına görə, ötən dövrdəki qiymət artımı süni və ya psixoloji olub.


QafqazPRESS.az