“O mənzillər 5 ildir ki, mənimdir” - Elmira Axundova
Millət vəkili Elmira Axundova ona məxsus olduğu iddia edilən milyon yarımlıq mənzillə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq millət vəkili bildirib ki, sözügedən mənzillər 5 ildir ki, onların mülkiyyətindədir, qiyməti də yazılanlardan qat-qat ucuzdur: “Nə vaxtdan mənzil sahibi olmaq qəbahət sayılır? Məgər mənim çoxillik fəaliyyətim və xidmətlərim qarşısında mənə yaxşı mənzil bağışlana bilməzdimi? Bir də ki, mənim Feyruz Həşimovla olan məhkəmə prosesim şərəf və ləyaqətlə bağlıdır, mülkiyyətlə yox. Sadəcə olaraq qarşı tərəf məhkəmədə yenə uduzduğuna görə belə qanunsuz əməllərə əl atır. Onlardan fərqli olaraq mən qanuni yollara üstünlük verirəm və hüquqlarımı məhkəmədə uğurla müdafiə edirəm. KİV-lərə isə məsləhətim budur ki, boş yerdə ucuz sensasiya axtarmayın, ciddi problemlərlə məşğul olsunlar”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR