» » 150 milyard dollarlıq layihə Azərbaycandan keçəcək

150 milyard dollarlıq layihə Azərbaycandan keçəcək

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 iyul 2014
//
Bölmə: İqtisadiyyat
150 milyard dollarlıq layihə Azərbaycandan keçəcək



Çin 6 min kilometrlik dəmir yolu xətti salacaq
Çin hökuməti tarixi İpək Yolunun bərpa olunması ilə bağlı yeni layihə hazırlayır. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Avrasiya Sürətli Qatar Yolu (ASQY) adlı 6 min kilometrlik nəqliyyat xətti Qırğızıstan, Özbəkistan, Türkmənistan, İrandan keçməklə Türkəyəyə qədər uzanacaq.

Rəsmi Pekin Sincan Uyğur bölgəsindən start götürəcək olan layihə üçün 150 milyard dollar xərcləyəcək. ASQY-nin Qafqaz ərazisində Qars-Ahılkələk-Tiflis-Bakı dəmir yolu xətti ilə birləşəcəyi də bildirilir.

Orta Şərq Strateji Araşdırmalar Mərkəzindən bildiriblər ki, bu yolla Qars-Ahılkələk-Tiflis-Bakı dəmir yolu xəttinin sərnişin tutumu da genişlənəcək.

Yeni Türkiyə-Çin dəmir yolu xətti Marmaray və Boğazın altı ilə inşa ediləcək Avrasiya tuneli vasitəsi ilə davamlı olaraq fəaliyyət göstərəcək.

Çinin ən böyük qatar hazırlayan şirkətlərindən birindən verilən açıqlamada qeyd olunub ki, dəmir yolu xətti 2030-cü ilə qədər tam hazır olacaq.

Yeni şərnişin qatarlarının sürətinin saatda 200 kilometr, yük qatarlarının isə saatda 160 kilometr olacağı bildirilir.


QafqazPRESS.az
banner125x125 banner125x125