» » BAKIDA 17 MARŞRUT XƏTTİNİN YOLU DƏYİŞDİRİLƏCƏK – SİYAHI

BAKIDA 17 MARŞRUT XƏTTİNİN YOLU DƏYİŞDİRİLƏCƏK – SİYAHI

Müəllif: Səma Zərdablı
//
Tarix: 17 aprel 2019
//
Bölmə: Sosial
   BAKIDA 17 MARŞRUT XƏTTİNİN YOLU DƏYİŞDİRİLƏCƏK – SİYAHI


BAKIDA 17 MARŞRUT XƏTTİNİN YOLU DƏYİŞDİRİLƏCƏK – SİYAHI

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyindən ONN media-ya verilən məlumata görə, sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.
Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 22.04.2019 tarixindən etibarən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.
banner125x125 banner125x125