» » İlham Əliyev: "Ağaclar heyifdir"

İlham Əliyev: "Ağaclar heyifdir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 may 2014
//
Bölmə: Siyasət
İlham Əliyev: "Ağaclar heyifdir"


Prezident İlham Əliyev ağac kəsiminə növbəti dəfə etiraz edib. ANS PRESS-in məluumatına görə, dövlət başçısı ötən gün Ağdaş səfəri çərcivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib. Orada həmçinin prezidentə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq. Lakin İlham Əliyev buna etiraz edib.

"Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm".



QafqazPRESS.az