Tİ-dan daha bir müsbət hesabat: `Azərbaycan korrupsiya ilə mübarizədə siyasi iradə göstərir`
Beynəlxalq `Transparency İnternational` təşkilatı “Avrasiyada korrupsiya riskləri” adlı növbəti hesabatını açıqlayıb. Hesabatda Azərbaycanda Korrupsiyanın səviyyəsi azaldığı bildirilir və buna səbəb kimi hökumətin həyata keçirdiyi bir sıra əhəmiyyətli islahatlar, yerli və beynəlxalq proqramların icrası göstərilir.
Sənəddə deyilir ki, korrupsiyaya qarşı mübarizə zamanı qarşıya çıxan problemlərin mürəkkəbliyini nəzərə alaraq, Azərbaycanın bu sahədə göstərdiyi səylərdə nə qədər irəli gedəcəyi əvvəlcədən müəyyən etmək çətindir. Amma fakt budur ki, korrupsiyaya qarşı mübarizədə Azərbaycan hökumətinin ortaya qoyduğu siyasi iradə nəticəsində ölkədə korrupsiyanın səviyyəsi getdikcə azalır və əhalinin korrupsiyaya qarşı müqaviməti artır. Azərbaycan bununla bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməklə qlobal iqtisadi oyunçu olmaq istəyini ortaya qoyur.
Hesabatda qeyd olunur ki, Azərbaycanda son illərdə korrupsiyaya qarşı mübarizədə bəzi vacib və perspektivli islahatlar aparılıb. Sənəddə ASAN Xidmətin yaradılması xüsusi vurğulanır: “Azərbaycan hökuməti korrupsiyanın qarşısının ciddi formada alınması üçün elektron xidmətlərin tətbiqini və `bir pəncərə` xidmət mərkəzlərini yaradıb. Həmçinin özəl sektor mühitini yaxşılaşdırmaq üçün biznes qeydiyyatları prosesi də asanlaşdırılıb”.
Tİ hesabatında bir sıra tövsiyələr də irəli sürüb. Bunlardan biri yeni qanun layihələrinin müzakirəsi zamanı parlament komitəsinin iclaslarında vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakının təmin edilməsilə bağlıdır. Digər tövsiyələr isə korrupsiyaya cinayətlərilə bağlı məlumat verən şəxslərin hüquqi müdafiəsini, maraqların toqquşmasının qarşısının alınmasını və özəl sektorda qanunvericiliyin təkmilləşdirilməsini əhatə edir.
Bundan başqa, vətəndaş cəmiyyətinin korrupsiya ilə mübarizə prosesində fəal rol oynaması üçün milli və yerli səviyyədə ictimai monitorinq şuralarının yaradılması da tövsiyə olunur.
Sənəddə bəzi çatışmazlıqlar da qeyd olunub. Bildirilir ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi bazasının təkmil olmasına baxmayaraq, özəl sektorda korrupsiyanın qarşısının alınması ilə bağlı qanunvericilik aktları yoxdur. Bəzi vacib qanunlar - korrupsiyaya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin hüquqi müdafiəsi, maraqların toqquşması və korporativ idarəçilik haqqında qanunlar hələ də qəbul edilməyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR