"Həbslər bəzilərinin əl-ayağını yığışdırmasına səbəb olacaq"-Partiya sədri
Xəbər verdiyimiz kimi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.
Bununla bağlı Sonxeber.az-a danışan "Ümid" Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə bildirib ki, bu həbslərin əhatə dairəsi genişlənməlidir: "Bütün sferalarda korrupsiya ilə bağlı ciddi mübarizə aparılsın. İstərdim ki, bu prosseslərə ictimaiyyət nümayəndələri, siyasi institutlar, qeyri-hökumət təşkilatlatları cəlb olunsun. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə cəmiyyətin müxtəlif sferalarından olan şəxslər cəlb edilsin ki, gələn şikayətlər operativ, qərərsiz, gizlədilmədən, şəffaf şəkildə araşdılması üçün səlahiyətli dövlət orqanlarına verilsin. Hər halda mən baş verən hadisələrin bundan sonrada davam edəcəyini, kiminsə bu prossesləri durdurub-durmayacağını deyə bilmərəm, amma düşünürəm ki, bəzilərinin əl-ayağını yığışdırmasına səbəb olacaq. Cinayət varsa cəza da olmalıdır".
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR