» » Yaponiya Göygöl rayonunun iki kəndini içməli su ilə təmin edəcək

Yaponiya Göygöl rayonunun iki kəndini içməli su ilə təmin edəcək

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 iyul 2014
//
Bölmə: İqtisadiyyat
Yaponiya Göygöl rayonunun iki kəndini içməli su ilə təmin edəcək



Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində Göygöl rayonunun iki kəndi içməli su ilə təmin ediləcək. Üçbulaq və Köşkü kəndlərinin su təhcizatı sisteminin inkişafı” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimində Yaponiyanın Azərbaycandakı səfiri də iştirak edib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, öncə Göygöl rayon İcra Hakimiyyətində olan Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə 61 min əhalisi olan, 1 şəhər və 43 yaşayış məntəqəsini özündə birləşdirən rayon barədə məlumat verilib. Bildirilib ki, rayonun 6 yaşayış məntəqsində su şəbəkəsi qurulub. Qalan kəndlərin su təminatı isə subarteziyan, çay və bulaqlar hesabına təmin olunur. Azərbaycanda ən çox sosial layihələr həyata keçirən Yaponiya hökumətinin Göygölün Üçbulaq və Köşkü kəndlərinin su təchizatını yaxşılaşdırmaqla əhalinin içməli suya olan tələbatı ödəniləcək. Dəyəri 103 min 83 ABŞ dolları dəyərində olan layihədən başqa Yaponiya səfirliyinin xətti ilə rayonda 2 qrant müqaviləsi layihəsi həyata keçirilib.

Tsuquo Takahaşi: “Göygöl rayonunda ilk dəfədir oluram. Təəssüratım çox gözəldir. “Ot kökləri və İnsan Təhlükəsiziliyi Qrant Yardım Proqramı”-nın əsas məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması istiqamətində olan layihələri dəstəkləməkdir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələri əhatə edir. Hazırkı layihə ilə bərabər bu vaxta qədər imzalanan müqavilələrin sayı 184 və ümumi dəyəri isə 15 milyondan artıqdır”.

Üçbulaq və Köşkü kəndlərinin su təchizatı sisteminin inşasını nəzərdə tutan layihə imzalandıqdan sonra qonaqların şəhərlə tanışlığı olub. Göygölün Tarix Diyarşünaslıq Muzeyi və Bayraq Meydanına gəzinti təşkil edilib.




QafqazPRESS.az
banner125x125 banner125x125