» » Fasiləsiz su ilə təmin edilən abonentlər nə qədərdir? - YENİLƏNİB + RƏSMİ

Fasiləsiz su ilə təmin edilən abonentlər nə qədərdir? - YENİLƏNİB + RƏSMİ

Müəllif: Səma Zərdablı
//
Tarix: 01 fevral 2021
//
Bölmə: İqtisadiyyat
Fasiləsiz su ilə təmin edilən abonentlər nə qədərdir? - YENİLƏNİB + RƏSMİ


“Su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyəti su təchizatı xidmətinin dayanıqlığı ilə bağlıdır. Son illərdə şahidsiniz ki, Bakıda fasiləsiz su təchizatı 80 faizin üzərindədir”.
Oxu.Az-ın müxbirinin mətbuat konfranslndan verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib.
O bildirib ki, bu işlər Bakıda sovet dönəmində qurulan layihələndirilmiş şəbəkə və qurğuları ilə edilir:
“Əvvəllər Bakıda günün 6 saatı, yəni 3 saat səhər, 3 saat axşam əhaliyə içməli su verilməsi təmin olunurdu. Lakin görülən işlər nəticəsində Bakıda istehlakçıların 36%-i 24 saat içməli su ilə təmin olunurdu. Bu gün istehlakçıların sayında kifayət qədər artım olmasına baxmayaraq bu rəqəm 80 faizdən çoxdur.
Tariflərin artırılması fasiləsiz içməli su təminatının 100 faizə çatdırılmasına xidmət edəcək. Bunun üçün müəyyən işlər görülməlidir. Daxili imkanlarla icra olunmalı layihələrin böyük hissəsi icra olunacaq. Bu da istehlakçlıların 24 saat ərzində fasiləsiz su təchizatı ilə təminatına xidmət edəcək”.
“Əhali tərəfindən maşınlarla su daşınması müşahidə edilir. Bir sıra ərazilərdə yeni yaşayış məntəqələrində tikinti işləri gedir, əhali məskunlaşır. Lakin kanalizasiya şəbəkəsinin inşası nəzərə alınmadan bu cür layihələr həyata keçirilib. Amma bütün bunlara baxmayaraq, “Azərsu” ASC bu ərazilərdə dövlət investisiyası hesabına layihələr həyata keçirəcək”,- deyə o qeyd edib.

12:37

“Azərsu” ASC fasiləsiz su ilə təmin edilən abonentlərin sayının son 10 ildə 26 faizdən 70 faizə qaldırıb.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib.
“Bu göstərici Bakı şəhəri üzrə 81,6 faiz təşkil edib. Bundan başqa, 2016-cı ildə enerji tariflərinin 50 fazi artımı müşahidə olunub. Diqqətinizə çatdırım ki, 2016-cı ildə tariflər təzələnən zaman qurumun xidmətlərinin tarifi 37 faiz artıb. Lakin enerji tariflərinin ümumi 50 faiz artımı şirkətin tariflərin artımından daxil olan gəlir effektliliyini 23,6 faizə salıb”.
“2019-cu ildə ölkədə minimum əmək haqqının artımı ASC üzrə əmək haqqı xərclərinin, məcburi sığorta fondları üzrə ayırmaların, vergilərin artmasına öz təsirini göstərmişdir. Ümumilikdə əmək haqlarının artırılmasına başlıca məqsəd cəmiyyətdə fəaliyyət göstərən mütəxəssislərin, kadrların kənara axının qarşısının alınması olub”.
banner125x125 banner125x125