» » Beş mindən çox sakin su ilə təmin olunacaq - Masazırda yeni şəbəkə qurulur - VİDEO

Beş mindən çox sakin su ilə təmin olunacaq - Masazırda yeni şəbəkə qurulur - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 iyun 2019
//
Bölmə: Sosial
Beş mindən çox sakin su ilə təmin olunacaq - Masazırda yeni şəbəkə qurulur - VİDEO


Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı yaxşılaşır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə yeni su şəbəkələri qurur. Abşeron rayonunun Masazır qəsəbəsində icrasına başlanılan layihə çərçivəsində qəsəbənin Sarı Aşıq küçəsi və ətraf ərazilərdə yeni su şəbəkələri inşa edilir. Bu ərazilərdə əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr olsa da istismar tələblərinə cavab vermir və tez-tez qəzalar baş verirdi. Xüsusilə yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün təzyiqi artırmaq mümkün olmurdu. Buna görə də əhalinin bir hissəsi içməli suyu maşınlarla almaq məcburiyyətində qalırdı.
Layihə çərçivəsində müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa ediləcək. Ümumilikdə bu layihədən 5 minədək sakin faydalanacaq.
Yeni yaradılan içməli su şəbəkəsi 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bununla da relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı şəkildə içməli su ilə təmin etmək mümkün olacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.