» » Bakı-Tbilisi qatarlarına əlavə vaqonlar qoşulur

Bakı-Tbilisi qatarlarına əlavə vaqonlar qoşulur

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyul 2014
//
Bölmə: İqtisadiyyat
Bakı-Tbilisi qatarlarına əlavə vaqonlar qoşulur



""Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin axınının artması ilə əlaqədar qatarlara əlavə vaqonlar qoşur".

Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, göstərilən istiqamətlərdə sərnişin axınının pik həddi istirahət günlərinə təsadüf edir və buna görə də qatarlara əlavə vaqonlar qoşulması zərurəti yaranır: "Bu istiqamətdən xeyli sərnişin istifadə edir və istirahət günləri sərnişin axınının artması müşahidə olunur. Çoxlu sayda sərnişinin daşınmasını təmin etmək üçün Bakı-Tbilisi-Bakı marşrutunda çalışan qatarlara əlavə vaqonlar qoşulur".

Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarının xəttə buraxılmasına dair suala cavab verən N.Əzməmmədov qeyd edib ki, müvafiq qərar adətən turizm şirkətlərinin müraciətləri əsasında qəbul edilir ki, bu da sərnişin axını ilə müəyyən edilir.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, hələlik bu məsələ ilə bağlı müraciətlər daxil olmayıb.



QafqazPRESS.az
banner125x125 banner125x125