» » Artıq qatarlara elektron bilet ala bilməyəcəksiz

Artıq qatarlara elektron bilet ala bilməyəcəksiz

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 fevral 2016
//
Bölmə: İqtisadiyyat
Artıq qatarlara elektron bilet ala bilməyəcəksiz






Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının aparılması ləğv edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliyə uyğun olaraq, “Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı xidməti ləğv edilib. Bu xidmət Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilib.
banner125x125 banner125x125