» » Bakının məşhur restoranına müştəri qəzəbi

Bakının məşhur restoranına müştəri qəzəbi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 avqust 2014
//
Bölmə: İqtisadiyyat
Bakının məşhur restoranına müştəri qəzəbi


Bakıda müştəri tanınmış restoranda irəli düşmək istəyirdi, amma ziyana düşüb. Metropark əyləncə və ticarət mərkəzində yerləşən "Segafredo Zanetti" restoranı müştərisini narazı salıb. Restorandan istifadə edən müştəri Milli.Az-a yazıb ki, ötən gün black forest + çay = 3 manat kampaniyasından yararlanmaq istəyib. Lakin hesabı ödəyərkən ona 12 manat 70 qəpiklik qəbz göstəriblər. Səbəb kimi isə kampaniyanın başa çatması bildirilib. Aldadıldığını iddia edən oxucu restoranı məhkəməyə verəcəyini deyir.

Restoranın marketinq üzrə meneceri Fərid Nadirov Milli.Az-a açıqlamasında bildirdi ki, müştərinin yararlanmaq istədiyi kampaniya artıq bir həftə əvvəl başa çatıb.

Menecerin sözlərinə görə, müştəri hər hansı kampaniyadan yararlanmaq istəyərkən, restoranda bu haqda deməlidir:

"Kampaniya müddətində restoranda müştərilərə, misal üçün, 5 manatlıq məhsul 4 manata verilir. Əgər kampaniyaya daxil olan məhsuldan əlavə nəsə sifariş olunarsa, bu, kampaniyaya daxil olmur”.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125