» » Bakıdakı kafedə müştəri bir zərbə ilə xanım ofisiantı öldürdü

Bakıdakı kafedə müştəri bir zərbə ilə xanım ofisiantı öldürdü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 may 2014
//
Bölmə: Hadisə
Bakıdakı kafedə müştəri bir zərbə ilə xanım ofisiantı öldürdü

16:07

Binəqədi rayon Prokurorluğundan Milli.Az-a bildirdi ki, dünən Sadiq Süleymanov həmişəki kimi Səttar Bəhlulzadə küçəsi 4 ünvanında yerləşən kafeyə gəlib.

Yaxınlıqda tikinti materialları mağazasında fəhlə işləyən müştəri ofisiant Maya Asxadovanı yanına çağıraraq sifariş verib. Elə bu vaxt sifariş üstündə mübahisələri düşüb. Əsəbləşən Sadiq ayağa qalxaraq Mayaya bir yumruq zərbəsi vurub. Zərbənin təsərindən huşunu itirən M.Asxadova bu gün səhərə yaxın dünyasını dəyişib.

----------
13:25

Bakıda müştəri kafedə işləyən ofisiant qadını öldürüb. Kafedən çıxarkən kişinin qadına vurduğu bir zərbə onun həyatdan getməsinə bəs edib.

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə ötən gecə Səttar Bəhlulzadə küçəsi 4 ünvanında yerləşən kafedə baş verib. Kafenin müştərisi Sadiq Süleymanovla oranın işçisi olan 39 yaşlı Rusiya vətəndaşı Maya Asxadova arasında mübahisə düşüb.

Sadiq əsəbləşərək yumruqla qadının çənəsinə zərbə vurub. Çənəsi yerindən çıxan qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olma (126.3-cü) maddəsi ilə cinayət işi başlanıb.



QafqazPRESS.az
banner125x125 banner125x125