» » Təhsil Nazirliyi yeni kampaniyaya başladı

Təhsil Nazirliyi yeni kampaniyaya başladı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 aprel 2014
//
Bölmə: Təhsil / Sosial
Təhsil Nazirliyi yeni kampaniyaya başladı


Təhsil Nazirliyi mart ayı əzrində nazirliyə daxil olan sorğular və mətbuatda əks olunan məlumatlarla bağlı tədbir keçirilib.

AzVision.az xəbər verir ki, nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri
Cəsarət Valehov bildirib ki, son 6 ay ərzində nazirliyə daxil olan sorğular abituriyentlərin ixtisas seçimi ilə bağlıdır:

“Bunu nəzərə alaraq Təhsil Nazirliyi “İxtisas seçimi uğurlu kariyeranın başlanğıcıdır” kampaniyasına başlayıb. Bu kampaniya Təhsil Nazirlyinin tabeliyində olan ali məktəblərin baza məktəblərində keçiriləcək. Bununla bağlı Təhsil Nazirliyi ali məktəblərin prorektorlarına vahid formada standart göndərib, onlar da bu kampaniyaya start verəcəklər. Bu, abituriyentlərin uğurlu ixtisas seçiminə kömək etmək məqsədi daşıyır”.



QafqazPRESS.az
banner125x125 banner125x125