» » Expressbank şayiələrə aydınlıq gətirdi

Expressbank şayiələrə aydınlıq gətirdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 10 fevral 2016
//
Bölmə: İqtisadiyyat
Expressbank şayiələrə aydınlıq gətirdi







Son günlər bəzi xəbər saytlarında Expressbank barədə həqiqətə uyğun olmayan məlumatlar dərc olunub. Həmin xəbərlərə cavab olaraq, Bankın mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, bəzi saytlarda dərc olunan məlumatlar, Bank tərəfindən təsdiq olunmayıb və heç bir faktlara əsaslanmır.

“Yayılan xəbərlər əsassız olmaqla, Expressbank-ın iri maliyyə qurumu kimi imicinə ziyan vurulmasına yönəldilib. Bankımız adi iş rejimində xidmət göstərməkdə davam edir. Müştərilərin narahatlığına heç bir əsas yoxdur”, - deyə, Pərviz Sədrəddinov bildirib.

Qeyd edək ki, Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqinə malikdir. Bu reytinq ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Bankın aktivləri 1 yanvar 2016-cı il tarixinə 321,8 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 275,2 mln. manat olub. Bankda əhalinin əmanətlərinin həcmi 79,6 mln. manat təşkil edib. Bankın 1 yanvar 2016-cı il tarixinə məcmu kapitalı isə 138,7 mln. manat təşkil edib.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
banner125x125 banner125x125