» » Kəmaləddin Heydərov açılışda

Kəmaləddin Heydərov açılışda

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 may 2014
//
Bölmə: Siyasət
Kəmaləddin Heydərov açılışda


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi rayon Hissəsinin Abşeron rayonu Novxanı qəsəbəsindəki 1 saylı Bölməsinin açılışı olub.

FHN-dən ANS PRESS-ə verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov binanın açılış mərasimində iştirak edib. Nazir Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub.

K.Heydərov, həmçinin şəxsi heyətlə də görüşüb, müvafiq tapşırıq və tövsiyyələrini verib.


QafqazPRESS.az