İyulun 1-indən qazın qiyməti qaldırılacaq
Nə az-nə çox: iki dəfə
Xeberinfo.com: Təbii qazın qiymətinin qaldırılacağı ilə bağlı verdiyimiz xəbər (Bu ayın 9-unda) təsdiqlənməkdədir. Təəssüf ki, Azərbaycan insanı suyun qiyməti ilə bağlı yaşadığı şokdan ayılmadan, ikinci şoku yaşamalı olacaq: qazın qiymətinin bahalaşacağı istisna edilmir.
Hökumət dairələrindən xeberinfo.com-a daxil olan son məlumata görə, təbii qazın qiyməti bütün kateqoriyalar üzrə qaldırılacaq. Əhaliyə satılan təbii qazın qiymətinin isə iki dəfə qaldırılacağı-1 m3-a görə 20 qəpik-gözlənilir. (Xatırladım ki, əvvəlki məlumatda 1m3-a görə 15 qəpik olacağı bildirilirdi) Artıq bunla bağlı bütün qaz idarələrinə müvafiq telefonaqramaların göndərlidiyi də deyilir.
Mütəxəssislərə görə qazın qiymətinin indiki halda qaldırılacağı gözlənilən, həm də müəyyən mənada başadüşüləndir. Gözləniləndir ona görə ki, hökumət məlum iqtisadi sıxıntıya görə belə addım ata bilər. Başadüşüləndir ona görə ki, indi yay fəslidir. Əhali qazdan az istifadə edir, ona görə də bu qiymət artımına qışa qədər adaptasiya oluna biləcək.
Məlumatla bağlı “Azəriqaz” İB-nin mətbuat xidməti ilə əlaqə yarada bilmədik: dəfələrlə etdiyimiz telefon zəngləri cavabsız qaldı.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR