» » Narkotik maddənin təsiri altında intihar etdi

Narkotik maddənin təsiri altında intihar etdi

Müəllif: Səma Zərdablı
//
Tarix: 30 yanvar 2020
//
Bölmə: Kriminal
 Narkotik maddənin təsiri altında intihar etdi


Binəqədi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları intihar hadisəsinin istintaqı zamanı narkopriton aşkar ediblər.
Bu barədə Oxu.Az-a Binəqədi rayon polis idarəsindən məlumat daxil olub.
Yanvar ayının 6-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin tabeçiliyində olan ərazidə intihar hadisəsi qeydə alınıb. 1987-ci il təvəllüdlü Əkbər Əhmədov yaşayış binasının beşinci mərtəbəsində yerləşən Rafiq Əliyevə məxsus mənzilin pəncərəsindən özünü atıb.
Araşdırma zamanı məlum olub ki, Rafiq Əliyev mənzilində narkopriton təşkil edib. İlkin məlumata əsasən, Əkbər Əhmədov intihar zamanı güclü təsiredici narkotik maddə - tiryəkin təsiri altında olub.
Faktla əlaqədar 28 yanvar tarixində Rafiq Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238-ci (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb.
banner125x125 banner125x125