» » Bakıda dəhşət saçan ailədən yenə qara xəbər

Bakıda dəhşət saçan ailədən yenə qara xəbər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 avqust 2014
//
Bölmə: Kriminal
Bakıda dəhşət saçan ailədən yenə qara xəbər



Qardaşı, əri və oğlu intihar edən qadın da canına qıydı
Ötən gün axşam saat 18:35 radələrində Bakının Nərimanov rayonu ərazisində 64 yaşlı qadının asılmış meyiti tapılıb.

Nərimanov Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Ceyhun Hacıbəyli 36, mənzil 38 ünvanında baş verib.

Belə ki, 26.09.1950-ci il təvəllüdlü Zoya Aleksandrovna Hacıbəylinin asılmış meyiti tapılıb. Meyiti tibbi müayinə etdikdən sonra məlum olub ki, qadın intihar edib.

Araşdırmalar zamanı o da məlum olub ki, həmin ailədə bir neçə nəfər özünü asıbmış. Müxtəlif vaxtlarda Zoya Hacıbəylinin qardaş intihar edibmiş. Bir müddət öncə əri və oğlu da özlərini asıbmışlar.

Bildirilir ki, həmin ailənin üzvlərində psixoloji problemlər olub. Qadının da psixoloji problemləri varmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



QafqazPRESS.az
banner125x125 banner125x125