Paytaxtda ən inadkar oğrular tutuldu

Bakıda eyni avtomobili 3 dəfə qaçıran şəxslər saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 7-nə keçən gecə, İ.Hacıyev küçəsindən Xıdır Vəliyevə məxsus "VAZ-2103" markalı avtomobil qaçırılıb, saat 03:45 radələrində Bakı-Ələt yolunun 28-ci km-də Sahil qəsəbəsi ərazisində maneəyə dəymiş vəziyyətdə aşkar edilib.
Binəqədi RPİ 4-cü PB və Qaradağ RPİ PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran şəxslər - Bakı şəhər sakinləri Sərxan Hüseynov və Məmməd Məmmədov tutulublar.
Müəyyən olunub ki, onlar sonuncu cinayətdən əvvəl sözügedən avtomobili yanvarın 31-nə və aprelin 2-nə keçən gecə qaçırıblar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR