Nazirlər Kabinetində işləyən məmur övladları kişini döyüb
Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin övladları yaşlı kişini vəhşicəsinə döyüblər.
Hadisə iyunun 1-də Şəmkirdə baş verib. "Qafqazinfo" xəbər verir ki, məlumatı AzNews.az-a döyülən şəxsin oğlu Raul Kazımov verib. Onun sözlərinə görə, 01.06.2014-cü il tarixində Şəmkirdə onun azyaşlı övladlarının gözü önündə valideyinlərinə qarşı vəhşicəsinə hücum təşkil olunub: “Hücum edənlər Nəsirov Saleh Teyyub oğlu, Nəsirov İnsaf Teyyub oğlu, Nəsirova Məryam Teyyub qızı və Nəsirova Səbinədir. Bunlar Nazirlər Kabinetində işləyən Teyyub Nəsirovun övladlarıdır. Onlar barəsində artıq cinayət işi açılıb”.
Raul Kazımov hadisənin baş vermə səbəbləri barədə heç bir məlumat verməyib.
Teyyub Nəsirov Nazirlər Kabinetində beynəlxalq əlaqələr şöbəsinin müdir müavinidir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR