» » Ziya Məmmədovun oğlunun xanım işçisi niyə öldürülüb?

Ziya Məmmədovun oğlunun xanım işçisi niyə öldürülüb?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 iyul 2014
//
Bölmə: Kriminal
Ziya Məmmədovun oğlunun xanım işçisi niyə öldürülüb?




Bakıda məşhur sığorta şirkətinin xanım rəhbərinin qətli ilə bağlı, müəmma davam edir. Milli.Az xəbər verir ki, təxminən 3 gün əvvəl evində amansızlqla öldürülən "Qarant Sığorta" ASC-nin idarə heyətinin üzvü Natəvan Əliyevanın qatili, hələ də, tapılmayıb.

Nəsimi rayonu ərazisindəki mənzildə qan içərisində meyiti aşkarlanmış N.Əliyevanın hansı səbəbdən öldürülməsi də qaranlıqdır. Rayon prokurorluğundan öyrəndik ki, N.Əliyevanın işi daha ciddi nəzarətə götürülüb. Cinayət işinin istintaqını Bakı Şəhər Prokurorluğu araşdırır.

Milli.Az qətlin təfərratlarını öyrənə bilməsə də, mərhumə N.Əliyeva haqqında bəzi məlumatlar əldə edib. Onun işlədiyi “Qarant Sığorta” nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbəri olduğu "Qarant Holdinq"ə daxildir. Nəsimi rayonunda tək yaşayan 31 yaşlı N.Əliyeva subay olub, valideynləri rayonda yaşayır. Uzun müddətdir “Qarant Sığorta” da çalışır. İki ilə əvvəl isə şirkətin idarə heyətinin üzvü təyin olunub.

N.Əliyeva iyunun 11-də heç kimə xəbərdarlıq etmədən işə gəlməyib. Mobil telefonuna cavab verməməsi və mənzilinin qapısını açmaması şübhələr yaradıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri mənzilə daxil olaraq onu qan içərisində evdə ölmüş vəziyətdə tapıblar.




QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125