Anar Məmmədovun media layihəsi baş tutmadı?
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media layihəsi yarımçıq qalıb.
AzVision.az “Axar.az”a istinadən xəbər verir ki, nazir oğlu Anar Məmmədovun “Qarant Media Holdinq” projesinin baş tutması yubanır. Mənbənin sözlərinə görə, holdinqdə işləyəcək əməkdaşlarla müqavilə bağlanıb, texniki təchizat təmin olunub, ofis və bütün avadanlıqlar hazırdır. Amma A. Məmmədovun media layihəsi fəaliyyətə başlaya bilmir.
Qaynağımız bildirir ki, son bir ayda nazir və onun yaxın ətrafı ilə bağlı aparılan kampaniya, o cümldən deputat qardaşının oğlu Aynar Məmmədovun adının avtoxuliqanlıqda hallanması Məmmədovların media holdinq yaratmasına mane olub.
Xatırladaq ki, nazir oğlunun vəkili Ruslan Məmmədov “Axar.az”a bu layihənin iki həftə öncə fəaliyyətə başlayacağını bildirmişdi. Hətta mediada bu holdinqə daxil olan sayt və onlayn TV-lərin də adı çəkilirdi. Lakin göründüyü kimi, proyekt yubanır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR