» » Barrozunun səfəri çərçivəsində yeni razılaşmalar imzalanacaq

Barrozunun səfəri çərçivəsində yeni razılaşmalar imzalanacaq

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 iyun 2014
//
Bölmə: Siyasət
Barrozunun səfəri çərçivəsində yeni razılaşmalar imzalanacaq


Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycana səfəri zamanı demokratiya, insan haqları, qanunun aliliyi barədə müzakirələr aparacaq.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında çox vacib münasibətlər mövcuddur. AK prezidentinin səfərinin məqsədi də ikitərəfli münasibətləri və mövcud olan gündəliyi daha effektiv şəkildə davam etdirmək, Aİ Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə etməkdir: "Ümid edirəm ki, Azərbaycanla yeni hüquqi baza üçün müəyyən razılaşmalar imzalanacaq. Barrozu həm də Ukrayna, Gürcüstan və Moldova ilə imzalanacaq sazişin vacibliyini Azərbaycana səfəri zamanı vurğulayacaq. Siyasi münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün Aİ ilə Azərbaycan arasında bir saziş imzalanması nəzərdə tutulub. Barrozunun səfəri zamanı bu saziş də müzakirə olunacaq. Ümid edirik ki, gələn ay bu müzakirələr yekunlaşacaq".

M.Mard deyib ki, Azərbaycan Aİ ilə münasibətlərini daha da möhkəmləndirmək istəyir: "Bu gün Azərbaycanla çox yaxın münasibətlərimiz var, ticarət sahəsində əməkdaşlığımız daha da inkişaf edib, ona görə də bizim yeni hüquqi bazanın yaradılmasına ehtiyacımız var".


QafqazPRESS.az
banner125x125 banner125x125