Rusiyadan gətirdiyi "çirkli" pulları Bakıda "yumaq" istədi
Bakıda valyutadəyişmə məntəqəsində saxta pul dəyişmiş Rusiya vətəndaşı tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 29-u saat 13 radələrində Nərimanov rayonu ərazisində yerləşən valyutadəyişmə məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Bakı şəhər sakini Elşad Cəfərquliyevə 24 min rubl verib 518 manat 40 qəpik pul alaraq oranı tərk edib. Sonradan həmin pulların saxta olması müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisəni törətmiş Rusiya Federasiyası vətəndaşı Hüseyn Hüseynli tutulub.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR