Azərbaycanlı siyasətçilər Türkiyəyə toya getdilər
Türkiyə Böyük Millət Məclisinin deputatı, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında böyük fəallıq göstərən İsmayıl Safi ailə həyatı qurub.
Milli.Az aznews.az-a istinadən xəbər verir ki, “İstanbul The Grand Tarabya Otel”də gerçəkləşən nikah törəninə çoxlu sayda dəvətlilər qatılıb. Tuba Kılıç ilə ailə həyatı quran İsmayıl Safinin nikah törəninə Elm və Sənaye naziri Fikri İşık, Meşə və Su İşləri naziri Veysəl Eroğlu, İstanbul Valisi Hüseyin Avni Mutlu, Moldova (Qaqauzyeri) prezidenti Mixail Formuzal, Makedonya dövlət naziri Hadi Nezir, Kosova İctimai Əlaqələr naziri Mahir Yağcılar, KKTC baş nazirin müavini Sərdar Denktaş, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren, Azərbaycandan isə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, millət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, Asəf Hacıyev, Məlahət Həsənova, Azərbaycan Türk Sənayeçi və iş Adamları” (TÜSİAB) Beynəlxalq Cəmiyyətinin sədr müavini Musa Okumuş iştirak ediblər. Eyni zamanda Rumıniya və Yunanıstan millət vəkilləri və digərləri qatılıblar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR