Fəttah Heydərovun səhhətində problem yaranıb
Milli Məclisin ilk iclasına Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərovun sədrlik edəcəyi gözlənilsə də, bu, baş verməyib.
Qafqazptress.az xəbər verir ki, Prezident İlham Əliyevin də iştirak etdiyi VI çağırış Milli Məclisin ilk iclasını deputat Ziyad Səmədzadə aparır.
Milli Məclisin Daxili Nizamnaməsində qeyd edilib ki, ilk iclası ən qocaman deputat aparmalıdır. Parlamentin ən qocaman deputatı isə Fəttah Heydərovdur. Onun 82 yaşı var. Lakin Fəttah Heydərov ümumiyyətlə, ilk iclasa qatılmayıb, onun əvəzinə 80 yaşlı Ziyad Səmədzadə sədarət kürsüsünə əyləşib. Bu da medianın diqqətindən kənarda qalmayıb.
Oxu.az saytı məlumat yayıb ki, Fəttah Heydərovun iclasa qatılmamasının səbəbi səhhətindəki problemlərlə əlaqədardır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR