Heydər Əliyev Fondu bu dəfə eşitmə əngəlli uşaqları sevindirdi - FOTO/VİDEO
Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə əngəlli şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb.
Oxu.Az xəbər verir ki, layihə ümumilikdə 90 nəfərədək şəxsi əhatə edəcək.
Anadangəlmə və qazanılmış eşitmə əngəli olan həmin şəxslər müxtəlif yaş kateqoriyasındadırlar.
Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə əngəli olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə əngəlli şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir. Bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.
Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.
Mütəxəssislər anadangəlmə eşitmə əngəlli şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasının daha səmərəli olduğunu qeyd edirlər.
Xatırladaq ki, 2015-ci ildə Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramı həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib.
[center]
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR