"Azərbaycan prosesin sülhlə həllini istəyirdi, lakin son hadisələrdən görünür ki..." - Deputatdan AÇIQLAMA
"Ermənistanın bu təxribatları törətməkdə məqsədi cəbhə bölgəsində gərginliyi artırmaq, Azərbaycanı provakasiyaya cəlb etmək və danışıqlar prosesini pozmaqdır".
Qafqazpress.com Metbuat.az-istinadən xəbər verir ki, bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, düşmənin törətdiyi təxribatlar nəticəsində artıq danışıqlar tam pozulub:
"Eyni zamanda biz görürük ki, Paşinyan tez-tez Qarabağa səfər edir və müxtəlif təxribat xarakterli bəyanatlar səsləndirir. Əlbəttə ki bu birbaşa danışıqların pozulmasına hesablanıb və prezident İlham Əliyevin də dediyi kimi artıq danışıqlar pozulub. Azərbaycan bu təxribatların qarşısını almağa qadirdir. Azərbaycan uzun müddətdir ki, münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışır və danışıq proseslərində aktiv iştirak edir. Azərbaycan Ermənistanın da danışıqlarda aktiv iştirakına çalışır, lakin görünən budur ki, ermənilər müəyyən addımlarla təxribatlarını davam etdirirlər".
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR