Prezidentin köməkçisindən Bərdədə erməni terroru ilə bağlı AÇIQLAMA
“Erməni silahlı qüvvələrinin Bərdə şəhərində mülki insanlara atəş açması hərbi cinayətdir. Bu, Ermənistan siyasi-hərbi rəhbərliyi tərəfindən qəsdən, məqsədyönlü şəkildə edir”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ermənilərin cəsarəti çatsaydı, döyüş meydanlarında real hərbi əməliyyatlardan istifadə edərdilər:
“Onlar döyüş meydanlarından qorxaraq qaçırlar və mülki əhaliyə qarşı bu cür cəsarətsiz hərəkətlər edirlər”.
“Ermənistanın əsl mahiyyəti, hərbi-siyasi rəhbərliyinin bu xislətini dünyanın görməsi üçün beynəlxalq ictimaiyyətə çatdırırıq. Bütün dünya görsün ki, sivil dünya ilə Ermənistan arasında nə qədər uçurum vardır”.
“Bərdədə hər hansı hərbi obyekt yoxdur. Onların məqsədi mülki insanları hədəfə almaq və qırğın törətməkdir”, - deyə H.Hacıyev qeyd edib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR