Prezident Bakıda açılışlar etdi
Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə kitabxananın ilk oxucu kartı təqdim edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlət başçısına kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 4 milyona yaxın kitab saxlanılacaq. Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcək.
Diqqətə çatdırılıb ki, yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcəkdir. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir.
Qeyd edilib ki, AMEA-nın Mərkəzi Kitabxanası, həmçinin alimlərə dünya kitabxanalarının zəngin imkanlarından faydalanmaq imkanı yaradacaq.
Kitabxananın yeni binası ilə tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.
Prezident həmçinin Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının açılışında da iştirak edib.
Dövləti başçısı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevin 2012-ci il iyulun 25-də imzaladığı Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi üçün ilkin olaraq beş milyon manat vəsait ayrılıb.
Azərbaycan Prezidenti binada yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısına Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" xüsusi cildi barədə məlumat verilib. Bildirilib ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə 14 bölmədə 155 məqalə toplanılıb.
Sonra Prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan "Azərbaycan Muğam Ensiklopediyası", 847-ci ildə hazırlanmış dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunmuş kitabları təqdim edilib.
Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR