Baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçular var” - İlham Əliyev
Türkiyənin hərbi əməliyyatlarda iştirakı, yaxud da hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir.
Qafqazpress.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində danışıb.
“O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, bizə atılan iftiradır, böhtandır. Bizə bir dənə də sübut gətirilmədi. Sadəcə olaraq, Fransadan və Rusiyadan belə açıqlamalar verildi, vəssalam.- Sübut, dəlil yoxdur. Heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, belə bir şey yoxdur, buna ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü orduya malikdir ki, bu məsələləri özü həll etsin.
“Baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada”
Prezident İlham Əliyev sözünə davam edərək deyib: “Baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Biz bu bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir. Orada öldürülən terrorçuların üzərindən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar erməni əsillidir, ya da ki, erməni əsilli deyil, bu, başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlib bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır”.
Azvision.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR