» » Paşinyanın mənzilinə basqın edənlərin kimliyi bilindi

Paşinyanın mənzilinə basqın edənlərin kimliyi bilindi

Müəllif: Səma Zərdablı
//
Tarix: 17 noyabr 2020
//
Bölmə: Siyasət
Paşinyanın mənzilinə basqın edənlərin kimliyi bilindi


10 noyabr gecəsi Ermənistanda Nikol Paşinyanın mənzilinə basqın edənlərin kimliyi müəyyənləşib.
Qaafqazpress.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Mane Gevorgyan açıqlama verib.
Kameralardan iki şəxsin Baş nazir kabinetinin qapısını təpikləməyə çalışdığı görünür. Həmin şəxsin Ermənistan Dövlət İqtisad Universitetinin tələbə şurasının keçmiş sədri və bu universitetdəki kollecin keçmiş direktoru olmuş Sergey Kharatyan olduğu ortaya çıxıb. Digəri isə həmin universitetin keçmiş prorektoru Sevak Xaçatryandır.

Cebhe.info
banner125x125 banner125x125