Paşinyanın qurduğu xəyalları məhv etdik - O, HARADADIR?
"Azərbaycanın Ordusu və dövləti Nikol Paşinyanın torpaqlarımızla bağlı qurduğu xəyalları məhv etdi. İndi N.Paşinyan öz xalqının qarşısına çıxa, onlara məsələləri izah edə bilmir".
Bu sözləri Redaktor.az-a millət vəkili Azər Badamov deyib. O bildirib ki, Ermənistan xalqı məğlubiyyəti N.Paşinyana bağışlamayacaq:
“Küçədə pafoslu çıxışları ilə haklimiyyətə gələn N.Paşinyan prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti qarşısında aciz duruma düşdü və Azərbaycanın diktə etdiyi şərtlərlə kapitulyasiya sənədinə imza atdı. Azərbaycan Ordusu qarşısında böyük itkilər verərək, məğlub olan Ermənistan xalqı bu uğursuzluğun səbəbkları kimi N.Paşinyan və onun hakimiyyətini görür. Artıq Ermənistanda etriaz dalğası, özbaşınalıq və xaos başlayıb Demək olar ki, Ermənistanda dövlət strukturu məhv edilib. Hətta, onların bəzi politoloqları gedişatın Ermənistanın sonunu gətirəcəyini bildirir. Əslində, belə də olmalı idi. Çünki döyüşdə məğlub olduqları halda xalqı aldadır, yalan məlumatlar verirdilər. Xalq da onların bu yalanlarına inanırdı. Amm Azərbaycanın qələbəsi dəqiqləşdikdən sonra hər şey aydın oldu və erməni xalqı acı gerçəklərlə üzləşdi”.
Redaktor.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR