Hər yerdə Nikol Paşinyanı axtarırlar – 2 qızı Kanadaya gedib
Ermənistanda bu gün hamı Baş nazir Nikol Paşinyanı və ailə üzvlərini axtarır.
Qafqazpress.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
“Şübhəsiz ki, onlar qəzəbli bir izdihamın əlinə verilə bilməzlər, amma insanlar Baş nazir postunu tutan şəxsin öz vəzifəsini necə həyata keçirdiyini və harada olduğunu bilmək hüququna malikdirlər.
Paşinyanın canlı yayımına baxanda onun kifayət qədər aşağı tavanlı, heç bir pəncərəsini olmayan bir otaqda olduğu görsənir. Yəqin telefon elə yerləşdirilib ki, heç bir interyer görünməsin və onun harda olduğu bilinməsin. Ancaq mənbəmiz Paşinyanın Müdafiə Nazirliyinin binasında, bunkerdə olduğunu bildirir.
Ailə üzvlərinə gəlincə, baş nazirin iki qızının – Mariam və Şuşanın təxminən bir həftə əvvəl Ermənistanı tərk etməsi barədə şayiələr var. Onların Kanadada olduğu deyilir.
Baş nazirin həyat yoldaşı Anna Akopyan isə ötən həftə hərbi təlimlərdə iştirak edib. Onun da yeri gizli saxlanılır. Bu yaxınlarda Gorusda olub, sonra isə oranı tərk edib. Ehtimal olunur ki, oğlu və kiçik qızı da yanındadır ” deyə qəzet qeyd edir.
KONKRET.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR