2020-ci il 20 Noyabr – AĞDAMIN BÖYÜK QƏLƏBƏ QAYIDIŞI CƏMİYYƏT
Prezident İlham Əliyev: “Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır”
“Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar",-deyən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir: «Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.
Bəli, bu gün murdar erməni işğalçılar Qarabağın aranı ilə dağlıq hissəsinin əsas qapısı olan, tək Qarabağın yox, Azərbaycanın AĞDAM şəhəri Azərbaycana Qayıdır. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Və bu tarixi sənəd Azərbaycanın Qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin edir. Ali Baş Komandanımız xalqa müraciətində demişdir: “Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!”.
“Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın”, - deyə dövlət başçısı qeyd edib.
“Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qeyd etdiyi kimi, bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! Həmin bəyanata əsasən, noyabrın 15-dək Kəlbəcər rayonu, 20-dək Ağdam rayonu və Qazaxın işğal altında olan kəndləri, dekabrın 1-dək isə Laçın rayonu qaytarılır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində, adları çəkilən rayonların, eyni zamanda, Xocalının, Xocavəndin, Tərtərin, Ağdərənin kənd və qəsəbələrində olduğu kimi, Xankəndidə, Kəlbəcərdə, Ağdamda, Laçında, ümumiyyətlə, işğaldan azad ediləcək bütün ərazilərimizdə də üçrəngli zəfər bayrağımız dalğalanacaq.
Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirdi
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə bildirmişdi ki, sözügedən məsələ ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub: "Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti ağırlaşır, o istiqamətdən yalnız bir yol - Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti azdır. Azərbaycan Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmayıb".
Hikmət Hacıyev onu da qeyd edib ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur.
Əslində bu, Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməsinin bariz nümunəsidir. Amma unutmayaq ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb. Prezident köməkçisinin də dediyi kimi bu qərarı qəbul edərkən, Azərbaycan tərəfi Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Həmçinin nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur. Bu qərarın qəbulu bir daha sübut edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Ordumuz, hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını təmin edir.
Amma ermənilər qeyri-qanuni məskunlaşdıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edəndə təhlükəsiz şəkildə, əşyalarını rahatlıqla, atəşə məruz qalmadan götürür, hətta evlərin dam örtüyünü, unitazlarını çıxarıb aparırlar. Bu şəraiti onlara humanist Azərbaycan yaradıb. Eyni zamanda, yaşadıqları, həmçinin ətraf evləri yandırmaqla, meşələrə od vurmaqla barbarlıq edirlər. Bu cür vəhşiliyi, barbarlığı yalnız mənfur erməni və terror dövləti olan faşist Ermənistan törədə bilər.
Unitazı aparmağı yaddan çıxarmayan bu quldur vəhşilər körpə uşaqlarını unudurlar – çünki onlar ….
Amma Azərbaycanın humanist yanaşması fonunda, ermənilər nəinki Kəlbəcərdə, həmçinin Ağdamda da, ümumiyyətlə işğal etdikləri torpaqlara, evlərə, meşələrə od vurmaqda davam edir, ərazidə əsl ekoloji terror törədilir və bu barbarlıq edirlər. Və ən təəcüblüsü isə, unitası aparmağı yaddan çıxarmayan bu quldur vəhşilər körpə uşaqlarını unudurlar. Çünki layiq olduqlarını nümayiş etdirirlər. Bu o qeyrətsizlərdir ki, arvadlarınlardırı yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni millətdilər.
Bəli, 30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahiblərinə qayıdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Müharibənin davam etdiyi günlərdə də erməni quldurlarının bizim tarixi torpaqlarımızda bütün tikililəri tamamilə dağıtdıqlarını görərkən, hər kəs onların vandalizm hərəkətlərini pisləməklə yanaşı, bir daha bu reallığın şahidi oldu ki, 90-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyindən, idarəçilik təcrübələrinin yoxluğundan, ordumuzun zəifliyindən bəhrələnərək torpaqlarımızı işğal edən ermənilər elə ilk anlardan bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bu faktı xüsusi qeyd etmişdir ki, Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik: “Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.
"Biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik"
“Biz Ermənistan Ordusunu çökdürdük. Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik”,- deyən dövlət başçısı deyib ki, biz Köçəryan, Sarkisyan Ordusunu məhv etdik: “Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Hanı sizin qəhrəmanlığınız? Döşünüzə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxarın atın eşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.
“Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir”
Dövlət başçısı Ermənistanın bütün bu vəhşiliyə görə beynəlxalq məhkəmələrində cavab verəcəklərini bildirib: “Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq!”.
Bəli, haqq-ədalət zəfər çaldı. Ali Baş Komandınımız dediyi kimi: “Müzəffər Azərbaycan Ordusu ZƏFƏR çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Bəli, bu gün də Müzəffər Azərbaycan Ordusu ZƏFƏR çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Ağdamımız, onun ardınca Kəlbəcərimiz, Laçınımız…bütün Qarabağımız, qürurumuzu, özünəgüvənimizliyi, inamımızı qaytaran, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş Prezident, Ali Baş Komandanımız İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq - ZƏFƏR BAYRAMIMIZ!
Gözün aydın, Bayramın Mübarək, Azərbayxanım, xalqım! 20 noyabr 2020-ci il QƏLƏBƏ TARİXİN MÜBARƏK, AĞDAMIM! Qələbə bayramın mübarək, Qarabağ Azərbaycandır!
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR