Azərbaycanın fəxri
Fevral ayının əvvəlindən başlayan səsiermə davam edir. Səsvermədə İctimai palataya Moskva vilayətləri üzrə 72 vilayətin nümayəndələrinin namizədliyi irəli sürülmüşdür. Ümumilikdə 8160 namizəd sesvermədə qeydə alınmışdır. Namizədlər arasında millətindən asılı olmayaraq qeyri rusiya vətəndaşları olan namizədlər də iştirak edirdilər. Dolqaprudnıy, Dmitrovskiy, Lyuberçiy, Klinsikiy, Odinçovskiy, Ramenskiy və başqa vilayətlərdən olan namizədlərin səsləri qalxıb enməkdə davam edirdi. Namizədlər arasından həmyerlilərimiz də az deyil. Onlardan İstradan İbrahimov Elşən Mustafa oğlu, Dmitrov vilayətindən Hüseynov Yusif Seyran oğlu və başqalarının adlarını çəkmək olar. Namizədlərin səsçoxluğu rayon üzrə və ümumi siyahıda qeydə alınmışdır. Namizədlər arasında İstra şəhərindən olan namizəd İbrahimov Elşən Mustafa oğlu rayon üzrə üçüncü yerdədir. Dmitrov rayon üzrə olan namizədimiz Hüseynov Yusif Seyran oğlu isə Dmitrov rayon üzrə birinci yerdədir. Sevindirici haldır ki, ümumi səsvermədə həmyerlimiz gənclər təşkilatının fəallarından Dmitrovdan olan Yusif Hüseynov ümumi siyahıda birinci yeri əldə edərək qalib oldu.. Təbii ki, hər bir namizədin ikinci, üçüncü və s yerləri bölüşməsi qaydadır. Namizədlər arasında ikinci yerə milliyyətcə rusolan Svetlana Vladimirovna Kriveleva, üçüncü yerə isəmilliyyətcə erməni olan Slavik Qrantoviç Qalstyan çıxa bildilər. Səsvermədə seçicilər arasında gedən mübarizədə çox ermənilər fəallıq göstərdilər. Belə ki, onlar birinciliyi əldə etmək üçün səsləri saniyəbə saniyə çoxaldmağa çalışırlar. Yusif Hüseynovun birinci olması üçün fəallıq göstərən həmyerlilərimiz rusiyanın hər yerindən səsverməyə qoşulublar. Tümen, Yekatrinburq, Saratov, Yesuntiki, Tula, Stavropol, Rostov, Kazan, İvanov, Vladimir və başqa şəhərlərin adlarını çəkmək olar. Həmyerlimizə səs verənlər arasında ruslar da az deyil. Hətta səsvermədə ermənilər də Azərbaycanlı naimizədə səs verirdilər. Maraqlı və sevindirici hal idi ki, səsverənlər arasında ruslar da çoxluq təşkil edirdi. Səsvermə SMS davam edirdi. İstənilən sosial şəbəkələrdən səsverməyə qoşulmaq mümkün idi. Aprelin 20 qədər davam edəcək səsvermədə kimin qalib olacağı seçicələrdən asılı idi. Bəli bu səsvermədə azərbaycanlılar çox böyük səy göstərərək birləşdilər. Rəqibimizin milliyyətcə erməni olmasına görə hər bir azərbaycanlı bu səsverməyə qoşuldu. Hər kəsin bir məqsədi, bir amalı vardı, rəqib olan ermənini birinci yerə buraxmamaq. Əlbəttə buna nail olduq. Səs çoxluğu ilə seçicilərimizin namiizədə dəstək olması toy bayrama çevrildi. Biz bir daha sübut etdik ki, harada oluruqsa, olaq, kim oluruqsa olaq. Biz azərbaycanlıyıq. Azərbaycanın sözünü lazımı yerlərdə çatdırmaq üçün bizim güclü iradəmiz var. Yusif Seyran oğlu Hüseynovla bir daha fəxr etdik. Onun yaşının az olmasına baxmayaraq, İctimai palatada layiqli yer tutması biz Azərbaycan xalqı üçün fəxr oldu.
GÜLSÜM ADİLQIZI : MOSKVA
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR